Axtarış
Həsən Əliyev 80d
09:00 - 18:00

14 dekabr – Təhsil Menecerləri Forumu II!

Noy 01, 2024
14 dekabr – Təhsil Menecerləri Forumu II!

Forumda Türkiyə və Azərbaycanın təhsil müəssisəsi rəhbərləri məruzə ilə çıxış edəcəklər. Forumun məruzəçiləri illərlə qazandıqları təcrübələrə əsasən A-dan Z-ə təhsil menecmentinin incəliklərini dekabrın 14-də sizlər üçün açıqlayacaqlar.

Xarici və yerli mütəxəssislərin çıxışların dinləmək, bir sözlə təhsil dünyasının liderləri ilə bir araya gəlmək üçün geri sayım başladı.

Ümumilikdə 3 panel və 14 spikerdən ibarət Təhsil Menecerləri Forumu II təcrübələrlə dolu və unudulmaz olacaq.

 Mövzular:
• Təhsil sahəsində islahatlar;
• Təcrübədə innovativ idarəetmə;
• Rəqəmsal idarəetmə və təhsilə təsiri;
• Təhsil menecerləri üçün sosial və ekoloji məsuliyyətlər;
• Məktəb idarə etməsində yaşıl təcrübə.

🎤 Spikerlər:
• Cəfər Cəfərov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru;
• Şahin Bayramov – Qarabağ Universitetinin rektoru;
• Elbrus İsayev – Naxçıvan Dövlət Universitetinin rektoru;
• Rüfət Əzizov – Sumqayıt Dövlət Universitetinin rektoru;
• İrfan Erdoğan – Boğaziçi Universiteti Təhsil fakültəsinin dekanı;
• Şəmil Sadiq – Hədəf Şirkətlər Qrupunun qurucu direktoru;
• Tural Əhmədov – Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri;
• Ercüment Özayan – Educo Group direktoru.

 Təhsil forumunda iştirak edən bütün iştirakçılara sertifikat veriləcək.

20 noyabradək qeydiyyatdan keç və 20 % güzəşt qazan!

 Məkan: Azərbaycan Dövlət Pedaqoji Universiteti
 Tarix: 14.12.2024
 Saat: 10:00

 " Yaşıl təhsil" deyib yola çıxırıq, siz də bizə qoşulun, ideal təhsil mühitini birgə quraq!