Hədəfimiz
Tədbirin keçirilməsində məqsəd təhsil sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, təhsildə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli təhsilin tədrisi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yanlışları müəyyənləşdirmək, dövlət və özəl təhsil müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.
Aktuallıq
Ölkəmizdə təhsillə bağlı aparılan islahatlar, təhsilə müasir dəyərlər baxımından həyata keçirilən yeni baxış istər dövlət, istərsə də özəl sektorda çalışan təhsil işçilərini də bu proseslə ayaqlaşmasını tələb edir. Düzgün təhsil sisteminin qurulması və idarə edilməsi, əlbəttə ki, peşəkar təhsil menecerlərindən başlanır. Biz pedaqoji, elmi-metodoloji baxımdan lazımi işlərin aparıldığını, layihələrin həyata keçirildiyini görürük. Amma etiraf etməliyik ki, təhsil menecmentliyi ilə bağlı istər elmi-nəzəri, istərsə də praktiki işlər qənaətbəxş deyil. Yaxşı təhsil meneceri yaxşı məktəb deməkdir. Bəzən yaxşı müəllim yaxşı idarəçi ola bilmir. Çünki xüsusilə, yeni nəsil idarəetmənin tələbləri fərqlidir.
Bu sahədə inkişafa dəstək olmaq üçün belə bir forumun keçirilməsini zəruri hesab etdik. Hədəfimiz tanınmış təhsil idarəçilərinin, məktəb quruculuğunda birbaşa iştirak edən təhsil menecerlərinin təcrübələrini, nəzəriyyələrini, konseptlərini birbaşa özlərindən dinləmək imkanı yaratmağa çalışmaqdır. Təhsil nə qədər ümumbəşəri dəyər olsa da, onun idarə edilməsi, yönləndirilməsi, heç şübhəsiz, regional, milli xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilməlidir. Məhz bunun üçün də təlimçilərin əksəriyyəti ölkəmizdə təhsil ictimaiyyətində qəbul edilən, təhsilə dair yanaşmaları, məktəb quruculuğunda böyük təcrübələri olan dəyərli ziyalılarımızdır.
• Təhsil sahəsində islahatlar;
• Təcrübədə innovativ idarəetmə;
• Rəqəmsal əsrdə innovativ öyrənmə metodları;
• Təhsil idarəetməsində rəqəmsal, texnoloji və ekoloji məsuliyyətlər;
• Təhsildə rəqəmsal inteqrasiya və məlumatların təhlili: Süni intellekt;
• Məktəb idarəetməsində yaşıl təcrübə.
Qeydiyyat və Çay süfrəsi |
10:00 - 10:45 |
Təcrübədə innovativ idarəetmə |
10:45 - 12:00 |
Təhsil sahəsində islahatlar |
12:00 - 13:00 |
Nahar fasiləsi |
13:00 - 14:45 |
Məktəb idarə etməsində yaşıl təcrübə |
14:00 - 15:15 |
Rəqəmsal əsrdə innovativ öyrənmə metodları |
15:15 - 16:00 |
Kofe fasiləsi |
16:00 - 16:30 |
Təhsil idarəetməsində rəqəmsal, texnoloji və ekoloji məsuliyyətlər |
16:30 - 17:45 |
Qapanış nitqi |
17:45 - 18:00 |
Bu günün dünyasında elm və texnologiya elə sürətlə inkişaf edir ki, bəzən nəinki bu inkişafa çatmaq, hətta onu izləmək belə çətin görünür. Ancaq bu dəyişikliyin mühərrikinin elə insanın özü olduğunu da bilirik – dinindən, dilindən, cinsindən asılı olmayaraq elmi təfəkkürə sahib, məntiqli mühakimə yürüdə bilən, qıvraq xəyal gücü ilə zamanı qabaqlaya bilən insan. Biz sənədli filmlərdə və texnologiya xəbərlərində Marsa enəcək kosmik zondu gördükdə, istifadə etdiyimiz ağıllı telefonların yeni funksiyalarını kəşf etdikdə, genetik tibdəki yeniliklərdən xəbər tutduqda, çağdaş bir memarlıq abidəsini gördükdə, yüzlərlə insanı bir neçə saat ərzində dünyanın bir ucundan digər ucuna daşıyan hava gəmiləri ilə uçduqda, istər-istəməz “bunu yaradan dahidir”, “bu, bir möcüzədir” deyə düşünür, o məhsulları yaradan şəxslərin adlarını bilməsək belə içimizdə onlara təşəkkür edirik. Bu gün Samsung, Apple, Facebook, Miscrosoft, Amazon kimi şirkətlərin büdcəsini bir çox dövlətin büdcəsi ilə müqayisə etməklə texnologiyanın iqtisadi güc kimi böyüklüyünü təqdir etmək mümkündür. Sizi əvvəlcə bu şirkətlərin yaranma tarixçələri, bügünkü fəaliyyət miqyasları və iqtisadi imkanları ilə, eyni zamanda bizim hədəflərimizlə tanış olmağa və “Hədəf”li bir balabilgənin valideyni olmağa dəvət edirik.
Şəmil Sadiq