Axtarış
Həsən Əliyev 80d
09:00 - 18:00

О нас

Hədəfimiz
Tədbirin keçirilməsində məqsəd təhsil sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, təhsildə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli təhsilin tədrisi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yanlışları müəyyənləşdirmək, dövlət və özəl təhsil müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.

Aktuallıq
Ölkəmizdə təhsillə bağlı aparılan islahatlar, təhsilə müasir dəyərlər baxımından həyata keçirilən yeni baxış istər dövlət, istərsə də özəl sektorda çalışan təhsil işçilərini də bu proseslə ayaqlaşmasını tələb edir. Düzgün təhsil sisteminin qurulması və idarə edilməsi, əlbəttə ki, peşəkar təhsil menecerlərindən başlanır. Biz pedaqoji, elmi-metodoloji baxımdan lazımi işlərin aparıldığını, layihələrin həyata keçirildiyini görürük. Amma etiraf etməliyik ki, təhsil menecmentliyi ilə bağlı istər elmi-nəzəri, istərsə də praktiki işlər qənaətbəxş deyil. Yaxşı təhsil meneceri yaxşı məktəb deməkdir. Bəzən yaxşı müəllim yaxşı idarəçi ola bilmir. Çünki xüsusilə, yeni nəsil idarəetmənin tələbləri fərqlidir.

Bu sahədə inkişafa dəstək olmaq üçün belə bir forumun keçirilməsini zəruri hesab etdik. Hədəfimiz tanınmış təhsil idarəçilərinin, məktəb quruculuğunda birbaşa iştirak edən təhsil menecerlərinin təcrübələrini, nəzəriyyələrini, konseptlərini birbaşa özlərindən dinləmək imkanı yaratmağa çalışmaqdır. Təhsil nə qədər ümumbəşəri dəyər olsa da, onun idarə edilməsi, yönləndirilməsi, heç şübhəsiz, regional, milli xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilməlidir. Məhz bunun üçün də təlimçilərin əksəriyyəti ölkəmizdə təhsil ictimaiyyətində qəbul edilən, təhsilə dair yanaşmaları, məktəb quruculuğunda böyük təcrübələri olan dəyərli ziyalılarımızdır.

TMF

Mövzular

• Təhsil sahəsində islahatlar;
• Təcrübədə innovativ idarəetmə;
• Rəqəmsal əsrdə innovativ öyrənmə metodları;
• Təhsil idarəetməsində rəqəmsal, texnoloji və ekoloji məsuliyyətlər;
• Təhsildə rəqəmsal inteqrasiya və məlumatların təhlili: Süni intellekt;
• Məktəb idarəetməsində yaşıl təcrübə.

Proqram

Qeydiyyat və Çay süfrəsi

10:00 - 10:45

Təcrübədə innovativ idarəetmə

10:45 - 12:00

Təhsil sahəsində islahatlar

12:00 - 13:00

Nahar fasiləsi

13:00 - 14:45

Məktəb idarə etməsində yaşıl təcrübə

14:00 - 15:15

Rəqəmsal əsrdə innovativ öyrənmə metodları

15:15 - 16:00

Kofe fasiləsi

16:00 - 16:30

Təhsil idarəetməsində rəqəmsal, texnoloji və ekoloji məsuliyyətlər

16:30 - 17:45

Qapanış nitqi

17:45 - 18:00



Директор

Şəmil Sadiq

Şəmil Sadiq